23.10.2020 18:55

Prezident İlham Əliyev: Qubadlı rayonunun 4 kəndi işğaldan azad olunub

"Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir." 

"Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Bu barədə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Eyni zamanda, Cənab Prezident İ.Əliyev Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edildiyi barədə özünün rəsmi “Twitter” səhifəsində bildirib.

E-Bilet