24.02.2021 14:58

Bakı Limanının Baş direktoru Taleh Ziyadov Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri ilə onlayn görüş keçirib

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Amerika-Azərbaycan Ticarət Palatasının üzvləri ilə onlayn görüş keçirib.
 
Ətrafında 300 yaxın şirkəti birləşdirən Amerika-Azərbaycan Ticarət Palatasının (“AMCHAM”) üzvlərinin diqqətinə çatdırıldı ki, 2020-ci il Azərbaycanın müstəqillik tarixində ən yadda qalan il oldu və Ali Baş Komandan İlham Əliyevin rəbərliyi altında rəşadətli Ordumuz düşmənə dağıdıcı zərbə endirdi və işğala son qoydu. Baş direktor Taleh Ziyadov bildirdi ki, Azərbaycanın qələbəsini təsdiq edən 11 noyabr razılaşması regionda kommunikasiya xətlərinin açılışını da ehtiva edir. Bu isə Azərbayanın regional nəqliyyat və logistika mərkəzinə çevirilməsi istiqamətində imkanlarını daha da genişləndirəcəkdir. Eyni zamanda, gələcək konflktlərin mümkünlüyüyü azaldacaqdır.
 
Baş direktor 2020-ci ilin yekunlarına toxunaraq bildirdi ki, COVİD-19 pandemiyasına baxmayaraq, Bakı Limanının ticarət dövriyyəsi 20% artmışdır. Həmin ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olmuşdur. Hesabat dövründə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı keçən ilin müvafiq dövrünə nisbətən 28% artaraq 43 218 ədəd olub. Aşırılan konteynerlərin sayında isə 15% artım qeydə alınmış və TEU ekvivalentində 40 345 konteynerə çatmışdır. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2.8 dəfə artaraq 711.7 min ton təşkil edib. Beləliklə, son 5 ilin göstəriciləri ilə müqayisədə iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında isə aşırılan yüklərin həcmində 3,5 dəfə artım qeydə alınıb.
 
Görüş iştirakçılarının diqqətinə çatdırıldı ki, 15 yanvar 2021-ci ildə Bakı Limanı Avropanın ikinci ən böyük limanı olan Antverp Limanının “APEC Liman Təlim Mərkəzi” ilə Anlaşma Memorandumu imzalayıb. Sənədə əsasən mərkəzdə ətraf mühit və əməyin təhlükəsizliyi, ticarət və əməliyyat proseslərinin təkmilləşdirilməsi, innovasiya və rəqəmsallaşdırma kimi mövzular üzrə təlimlərin keçirlməsi nəzərdə tutulubdur.
 
Baş direktor Taleh Ziyadov qeyd olunan təlimlərin geniş sahələri əhatə etdiyini və #AMCHAM üzvlərini də adı çəkilən təlimlərə qatılmağa dəvət etdi. Bildirildi ki, təlimə qatılan şəxslər 5 gün ərzində Antverp və Şimal Dəniz Limanı, ərazinin beynəlxalq logistika mərkəzi və gömrük xidmətinin fəaliyyəti ilə tanış ola biləcəklər. “APEC Liman Təlim Mərkəzi” 1977-ci ildən etibarən fəaliyyət göstərən və dünya üzrə tannınmış bir mərkəzdir. Yarandığı gündən etibarən dünyanın bir çox ölkələrindən 15.000-dən çox şəxs APEC tərəfindən təşkil olunan peşəkar təlimlərdən bəhrələniblər.
 
Baş direktor həmçinin Bakı Limanının yaxın 2 illik inkişaf strategiyası, Asiya və Avropanın aparıcı logistik qovşaqları və daşıma şirkətləri ilə əldə olunan razılaşmalar, regionun nəqliyyat sahəsindəki yeniliklər barədə də auditoriyaya məlumat verdi.