16.06.2021 23:05

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Bakı Limanının 2035-ci il üçün iqlim dəyişmələri ilə mübarizə planı ilə bağlı seminar təşkil edilib

10 iyun 2021-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Bakı Limanının imkanlarının genişləndirilməsinə dəstək: Faza 2” layihəsi çərçivəsində “Bakı limanının 2035-ci il üçün iqlim dəyişmələri ilə mübarizə planı və yol xəritəsinə baxış” mövzusunda onlayn seminar təşkil edilib.

Seminarın məqsədi əsas tərəfdaşları və maraqlı tərəfləri Bakı Limanının “2035-ci ilə qədər istixana qazı emissiyalarını xalis sıfır hədəfinə çatdırmaq” üzrə uzunmüddətli strategiya və müvadfiq iş planının əsas elementləri ilə tanış etməkdir.

Bakı Limanının SƏTƏM departamentinin baş mütəxəssisi Nigar Novruzova iştirakçıları Bakı Limanının Yaşıl Liman olmaq istiqamətində həyata keçirdiyi təşəbbüslər, Avropa İttifaqı layihəsinin beynəlxalq eksperti Yuriy Lozinski isə hazırlanmaqda olan Bakı Limanının “2035-ci ilə qədər istixana qazı emissiyalarını xalis sıfır hədəfinə çatdırmaq” üzrə uzunmüddətli strategiyası barədə məlumatlandırmışlar.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dəmiryolları, Xəzər Dəniz Gəmiçiliyi, Dövlət Dəniz Administrasiyası və bir sıra özəl şirkətlərin nümayəndələri iştirak etmişdilər.