20.01.2022 11:44

Bakı Limanının əməkdaşları, şəhid limançıların ailələri ilə birgə 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

Bakı Limanının əməkdaşları, şəhid limançıların ailələri ilə birgə 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
 
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Bakı Limanının rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edilib.
 
Eyni zamanda, Bakı Limanının rəhbərliyi şəhid olan Liman əməkdaşlarının ailə üzvləri ilə görüşərək, onlarla birgə, liman ərazisində şəhidlərimizin xatirəsinə inşa edilən abidə və park kompleksini ziyarət edib. Görüşdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edərək 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu və şəhidlərin xatirəsinin daim qəlbimizdə yaşayacağını qeyd edib. Daha sonra şəhidlərin ailə üzvlərinin çıxışları dinlənilib.
 
Allah şəhidlərimizə rəhmət eləsin!