Müqəddəs Ramazan ayı münasibətilə 20 aprel tarixində Bakı Limanı tərəfindən Ələt qəsəbəsində yaşayan şəhid ailələri və qazilər, eyni zamanda limanın şəhid ailələri üçün Ələtdə, liman ərazisində iftar süfrəsi təşkil edilib. Bakı Limanının rəhbərliyinin və Ələt bələdiyyəsinin iştirak etdiyi tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Bakı Limanın Baş direktoru Taleh Ziyadov qonaqları salamlayaraq qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyünü bərpa edib və Azərbaycan əsgəri misilsiz şücaət göstərib. Çıxışda bildirildi ki, Bakı Limanı şəhid ailələrinin, onların uşaqlarının və qazilərimizin evidir, biz bir ailə kimi, hər zaman sizinləyik.