22.04.2022 10:40

“Bakı Limanının yaşıl liman modeli Filippin limanlarında da öyrənilməldir” – Filippin Respublikasının Türkiyə, Gürcüstan və Azərbaycandakı səfiri Bakı Limanında səfərdə olub

 
   Bu gün Filippin Respublikasının Türkiyə, Gürcüstan və Azərbaycandakı səfiri xanım Maria Elena Palo Alqabre-nin rəhbərlik etdiyi diplomatik nümayəndə heyəti Bakı Limanına səfər edib. Səfər zamanı xanım səfir və nümayəndə heyəti Bakı limanının rəsmiləri ilə görüşdə olub.
    Xanım səfir görüş zamanı Bakı Limanında biznes səmərəliliyinin artırılması, əməliyyat sistemlərində rəqəmsallaşma, limanda davamlı inkişaf və yaşıl texnologiya üzrə tətbiq olunan həllər ilə tanış olub. Xanım Alqabre vurğulayıb ki, Bakı Limanı ilə Filippin limanları arasında tərəfdaşlığın qurulması üçün limanların əldə etdiyi nailiyyətlər öyrənilməli və qarşılıqlı mübadilə səfərləri təşkil edilməldir.