07.05.2022 08:20

Ələt məktəbliləri “Heydər Əliyev Mərkəzi”nə səfər edib

Bakı Limanının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Ələtdə yerləşən ümumtəhsil orta məktəblərdə təhsil alan şagirdlərin, həmçinin şəhid ailələrinin övladlarının “Heydər Əliyev Mərkəzi”nə səfəri təşkil edilib. Mərkəzin bələdçiləri tərəfindən şagirdlərə, Azərbaycan tarixi, mədəniyyəti və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə interaktiv məlumat verilib.