27.05.2022 08:31

Çinindən Finlandiyaya gedən ilk blok qatar yükləri Bakı Limanına çatıb

Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu (Traceca) çərçivəsində Qazaxıtanın Kurik limanından “Ağdam” və “Naxçıvan” gəmi-bərəsi ilə daşınan 54 konteynerdən ibarət blok qatarının birinci hissəsi ötən gecə Bakı Limanına çatdırılıb. Bərə terminalına yan alan yüklərin boşaldılması əməliyyatı operativ formada, 1 saat 45 dəqiqə ərzində icra edilib. Biraz öncə limana yan alan Naxçıvan gəmi-bərəsində də sənədləşmə işləri tamamlandıqdan sonra bərənin boşaldılması əməliyyatı operativ şəkildə icra ediləcək. Finlandiyanın "Nurminen Logistics" şirkətinə məxsus yüklərin əsas hissəsi avtomabil ehtiyat hissələri, plastik məhsullar, tekstil avadanlıqları və sair bu kimi qeyri qida məhsullarından ibarətdir. Konteynerləşdirilmiş formada, platformalar üzərində daşınan bu yüklər Gürcüstanın Poti limanına yola salınacaq və Qara Dəniz vasitəsilə gəmi-bərələrlə Avropaya, Ruminyanın Konstansa limanına göndəriləcək.Daha sonra isə blok qatar son təyinat nöqtəsi olan Finlandiyaya çatdırılacaq. Qeyd edək ki, bir müddət əvvəl "Nurminen Logistics" şirkətinin rəhbər heyəti Bakı Limanına səfər edib, texniki imkanlar tanış olduqdan sonra blok qatarın məhz bu marşurutla daşınmasına qərar vermişdi. 🇬🇧The first block of freight from China's Tuanjiecun railway station to Finland has arrived in the Port of Baku.