25.06.2022 22:52

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakı Limanına səfər edib

 
Baş nazir Bakı Limanının terminallarının iş prinsipi və icra edilən infrastruktur layihələri üzrə görülən işlərlə tanış olub.
Azərbaycanda nəqliyyat və logistika sahəsində infrastrukturun hazırki vəziyyəti, rəqəmsallaşma, beynəlxalq yükdaşımalarda mövcud potensialın artırılması, artan tranzit yüklərin sürətli buraxılması üçün lazımi tədbirlərin görülməsi və bu sahədə qabaqcıl dünya təcrübəsinin, müasir innovativ həllərin tətbiqi və perspektiv layihələrlə bağlı müzakirələr aparılıb və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.