05.07.2022 10:38

“Azərbaycan və Özbəkistan regional əməkdaşlıq üçün mühüm lokomotivdir və Bakı Limanı bu transregional logistik əlaqədə əsas rol oynayır”- bunu Özbəkstan Respublikasının Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun rəis müavini cənab Akramjon Nematov Bakı Limanına səfəri zamanı bildirib

Bu gün Özbəkistanın Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun rəis müavini cənab Akramjon Nematovun rəhbərliyi ilə nümayəndə heyəti Ələtdə yerləşən Bakı Limanına işgüzar səfər edib. İnstitutun və Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndələri Limanın Marketinq və satış departamentinin müdiri cənab Anar İbrahimov və digər rəsmi şəxslərlə görüşüblər. Qonaqlara limanda regional ticarətin asanlaşdırılmasına, eləcə də mövcud ticarət dəhlizlərində tranzit və multimodal daşımaların təkmilləşdirilməsinə dəstək vermək məqsədi daşıyan son yeniliklər barədə məlumat verilib. 
Səfər iştirakçıları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda Özbəkistanın quru limanları və Bakı Limanının rolunu və Mərkəzi Asiyadan Avropaya fasiləsiz yük axınının təmin edilməsi üçün həyata keçiriləcək uğurlu fəaliyyətləri də müzakirə ediblər.
Görüşdə həmçinin qeyd olunub ki, hər iki ölkənin limanları və logistik şəbəkələri arasında tərəfdaşlıq regionda yeni nəqliyyat və logistika marşrutlarının yaradılmasına böyük töhfə verəcək və bu, rəqəmsallaşdırılmış və sürətli yükdaşımaların daha da artması üçün yeni imkanlar açacaq.