22.07.2022 05:22

Bakı Limanının yaranmasından 120 il ötür

1902-ci il iyulun 21-də Bakı Limanına rəsmi olaraq özünüidarəetmə hüququ verilib. Lakin, Bakı Limanının tarixi kökləri qədim keçmişə dayanır. Belə ki, Bakı Limanı hələ uzun illərdən bəri saysız-hesabsız karvan yollarının və nəqliyyat qovşaqlarının kəsişdiyi Azərbaycının ən böyük dəniz qapısı olub.
Bakı Limanının 120 illik yubileyinə həsr olunan silsilə tədbirlər çərçivəsində ötən gündən Dəniz Vağzalı binasında "Liman" adlı incənət sərgisi açılıb. Əsas məqsədi Bakı Limanının zəngin tarixini, inkişafını və gələcəyini sənət əsərlərinin dili ilə ictimaiyyətə təqdim etmək olan sərginin açılış mərasimində Bakı Limanın əməkdaşları və incəsənət nümayəndələri iştirak edib.
“Liman” incəsətən sərgisi 22 sentyabra qədər davam edəcək və iştirak sərbəstdir.