11.09.2019
Bakı Limanı tərəfindən birinci sinifə qədəm qoyacaq uşaqlara hədiyyələr verilib
Bakı Limanının korporativ sosial məsuliyyət çərçivəsində Ələt qəsəbəsində yerləşən 302 saylı orta məktəbində bu il birinci sinifə qədəm qoyacaq uşaqlara çanta və digər məktəb ləvazimatları hədiyyə olunub.Bakı Limanı, Qaradağ rayonu icra hakimiyyəti və Ələt qəsəbəsinin bələdiyyə nümayəndələri uşaqları təbrik edib və onlara yeni dərs ilində uğurlar arzu ediblər.