“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədovun sədrliyi ilə keçirilən 10-cu iclasda Müşahidə Şurasının üzvləri, Cəmiyyətinin Baş direktoru Taleh Ziyadov və Cəmiyyətin digər vəzifəli şəxsləri iştirak ediblər.
İclasda Cəmiyyətin 2021-ci il üzrə büdcəsinin icrası, 2022-ci il üçün büdcənin layihəsi, Gübrə terminalı layihəsi, Cəmiyyətin digər investisiya layihələri və s. müzakirə olunaraq, müvafiq qərarlar qəbul olunub. Bundan başqa iclasda Cəmiyyətin icra orqanı tərəfindən qaldırılan məsələlər barədə fikir mübadiləsi aparılıb.