15.07.2023

Bakı Limanının əməkdaşları “Layihə idarəetməsinin əsasları” təlimində iştirak ediblər

Bakı Limanı əməkaşlarının beynəlxalq təcrübəyə əsaslan təlimlərdə iştirakı davam edir. Növbəti belə təlim Avropa Birliyinin “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.

“Layihə idarəetməsinin əsasları” adlı təlimdə iştirak edən bir qrup əməkdaş beynəlxalq təcrübədə layihələrin idarə olunmasının fundamental əsasları, bunun üçün tələb olunan sənədlər və çevik idarəetmə metodları ilə tanış olublar. 12 saatlıq təlim çərçivəsində iştirakçılar praktiki tapşırıqları da icra ediblər.