Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı naziri Marat Karabayevin rəhbərlik etdiyi və Aktau, Kurık limanlarının rəhbərliyinin də daxil olduğu nümayəndə heyəti Bakı Limanına səfər ediblər
Səfər zamanı tərəflər tranzit yük daşımalarının gücləndirilməsi məsələlərini ətraflı müzakirə aparıblar. Hər iki tərəf davamlı ticarət axının təmin olunması, ildən-ilə əhəmiyyəti kəskin artan Orta Dəhliz daxilində əlaqələrin sistemli şəkildə qurulması, habelə ekoloji davamlılığın da təmin olunmasını diqqət mərkəzində saxlayıblar.
Qeyd edək ki, Qazaxıstan limanlarından Bakı Limanı vasitəsilə yükdaşımaların həcmi 2023-cü ilin ilk yeddi ayında 15% artıb.
Bakı Limanı müasir İpək Yolu və əsas nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Məqsədimiz Avrasiyanın mərkəzindəki ən böyük intermodal logistika mərkəzi olmaqdır. Bizim vəzifəmiz dünya səviyyəli liman inkişaf etdirərək Azərbaycan iqtisadiyyatının davamlı böyüməsinə və şaxələndirilməsinə birbaşa töhfə verməkdir.