Dəniz xidmətləri
Bakı Limanına gələn bütün gəmilərə 24/7 aşağıdakı xidmətlər göstərilir:
-
Yanalma/yoladüşmə, limana gəliş/limandan çıxış
-
İçməli su təchizatı
-
Yanacaq
-
Xarici gəmilər üçün agent xidmətləri
Terminalın adı |
2016 |
2017 |
2018 |
Bərə terminalı |
875 |
886 |
945 |
Əsas yük terminalı |
275 |
353 |
234 |
Dübəndi neft terminalı |
274 |
117 |
108 |
Dəniz terminalı |
828 |
1262 |
1204 |
Ümumi |
2,252 |
2,618 |
2,491 |
Mühəndislik xidmətləri
Biz sürətli və çevik xidmətin zəruriliyini başa düşürük və buna görə də geniş mühəndislik xidmətləri
təqdim etmək üçün proqram hazırlamışıq. Biz gələcəkdə heç bir rüsum olmadan konteyner (standart və
soyuduculu) yoxlanılması, texniki dəstək, bərpa xidmətləri təklif edəcəyik. Bundan əlavə, biz öz
müştərilərimizə gəmilərlə bağlı sorğu və yoxlama xidmətləri təqdim edəcəyik.
Yükləmə-boşaltma işləri
Unifikasiya edilmiş (o cümlədən konteynerlərdə yerləşdirilənlər) və
toplu şəkildə olan yüklərin emalı:
-
Konteynerin emalı üçün xüsusi aksessuarlarla (bölüşdürücü
konstruksiya), qarmaq, bərkidici (unikfikasiya edilmiş yükün
digər növlərinin emalı üçün), qreyferlər (toplu şəkildə yükü
idarə etmək üçün) və s. ilə təchiz edilmiş portal kranlar.
-
Layihə daşımaları da daxil olmaqla ağır yüklər üçün nəzərdə
tutulmuş mobil liman kranı
-
Krandan başqa xüsusi yükləmə-boşaltma avadanlığına aşağıdakılar :
-
yük maşını və vaqonlardan yükləyib-boşaltma
əməliyyatını həyata keçirməklə yanaşı konteyner
meydançasında, həmçinin qapalı anbarda
konteynerlərin hərəkəti üçün nəzərdə tutulmuş
konteyner yükləyənlər;
-
yük maşını və vaqonlardan yükləyib-boşaltma
əməliyyatını həyata keçirməklə yanaşı həm açıq, həm də
qapalı anbarda unifikasiya edilmiş yükün digər növlərinin hərəkəti üçün nəzərdə
tutulmuş çəngəl formalı qaldırıcı mexanizmlər.
Ro-Ro yükünün emalı
Bu xidmətə zəruri vasitələrin təmin edilməsi yolu ilə nəqliyyat
növləri arasında intermodal nəqliyyat vahidlərinin hərəkəti
daxildir.
Anbar xidmətləri
Bakı Limanı ildə 100,000 TEU konteyner yük aşırma qabiliyyətinə malikdir və burada 56000 m2 sahəni
əhatə edən açıq anbar ərazisi mövcuddur. 10000 m2 saxlama sahəsinə malik anbarlar
müxtəlif hava şəraitindən mühafizə edilməli olan məhsulların saxlanılması üçün ən yaxşı seçimdir.
Ətraflı məlumat üçün: