- Bakı Limanının ekoloji resurslardan rasional istifadə və normativ tələblərə uyğunluqda lider kimi fərqlənməsini təmin etmək.
- Yerli cəmiyyəti və ətraf mühiti liman əməliyyatlarının zərərli təsirlərindən qorumaq.
- Liman əməliyyatlarının mənfi təsirini minimuma endirmək və qabaqcıl texnologiya həllərini araşdırmaq üçün ən yaxşı texnologiyalardan istifadə etmək.
- Terminalın tərtibatında, inkişafında və bütün əməliyyatlarda davamlılığı təşviq etmək.
- Limanın inkişafı və ətraf mühitin müdafiəsi proqramları barədə ictimaiyyətin maarifləndirilməsi və fəaliyyətə cəlb edilməsi yolu ilə dayanıqlılıq proqramları ilə bağlı məlumatlılığı artırmaq.
Bakı Limanının Yaşıl Liman siyasətinin altı əsas məqsədi var:
-
Hava
Liman əməliyyatlarından atmosferə zərərli tullantıların azaldılması
-
Torpaq və çöküntü
Çirklənmiş torpaqların və liman ərazisindəki çöküntülərin yenidən faydalı istifadə üçün kənarlaşdırılması, emal edilməsi və ya yararlı vəziyyətə gətirilməsi.
-
Su
Ələt hövzəsi ətrafında suyun keyfiyyətinin yaxşılaşdırılması.
-
Təbiət-
Limanın ətrafında su ekosistemlərinin və dəniz arealındakı canlıların mühafizəsi və bərpası.
-
Cəmiyyətin cəlb olunması
Cəmiyyətin liman əməliyyatları və ətraf mühitin mühafizəsi proqramları barədə proseslərə cəlb olunması və maarifləndirilməsi.
-
Dayanıqlılıq
Bütün liman ərazisində layihələndirmə və tikinti, istismar və inzibati işlərdə dayanıqlı prinsiplərin tətbiqi. Dayanıqlı prinsiplərə tullantıların idarə edilməsi/təkrar emalı və alternativ enerji mənbələrindən istifadə daxildir.