Port of Baku

Sahildən Gəmiyə Elektrik Enerjisinin Verilməsi

Limanda olarkən, yüklə iş avadanlığı və digər gəmi xidmətlərinə elektrik enerjisi təchiz edən yardımçı dizel generatorları bunker və ya ağır dizel yanacağı ilə işlədiyi üçün hal-hazırda limanlardakı gəmilərdən əsas hava tullantı mənbəyidir. Sahildən gəmiyə elektrik enerjisinin verilməsi gəmiləri ekoloji baxımdan daha təmiz, quruda yerləşən elektrk enerji mənbəyinə birləşdirməklə, dizel mühərriklərindən ayrılan zərərli tullantıları azaldır. Sahildə yerləşən elektrik enerji mənbəyi külək, su və ya günəş enerjisi kimi bərpa oluna bilən enerji növləri ilə işləyən generatorlar ola bilər.  

Sahildə yerləşən elektrik enerji mənbəyi limanda olarkən, gəmilərə elektrik enerjisinin verilməsi üçün istifadə edilən yanacaq sərfiyyatına qənaət etməklə yanaşı, yanacaq sərfiyyatı ilə bağlı hava çirklənməsinin qarşısını alır. Sahildə yerləşən elektrik enerji mənbəyindən istifadə küyü azaltmaqla yanaşı, gəmi mühərrik və generatorlarına texniki qulluğu asanlaşdırır.

Sahildən Gəmiyə Elektrik Enerjisinin verilişi Yeni Limandakı bir sıra tərsanələrdə mümkündür və bu əməliyyat proseslərinin ekoloji cəhətdən daha təmiz olması istiqamətində atılmış bir addımdır.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz