Port of Baku

Dəmir yolu Yükü

Ələtdə hal-hazırda tam funksional olan və bizim dəmir yolu yüklərini qəbul edərək göndərməyimizə imkan verən Bərə Terminalı var. 2014-cü ildə bu Bərə Terminalı 60,000-dən çox vaqon qəbul etmişdir. Bakı Limanına və əksinə dəmir yolu nəqliyyatı sürətli, səmərəli, etibarlı və davamlıdır. Azərbaycanda Ələtdə birləşən üç əsas beynəlxalq dəmir yolu marşrutları var: Şimal-Qərb istiqamətində, Bakıdan ötüb keçərək Rusiyanın cənubuna aparan marşrut; Qərb istiqamətində Gürcüstandan keçərək Qara dəniz sahillərinə aparan marşrut; Cənub-Qərb və sonra qərbdən Azərbaycanın Qərb hissəsinə və oradan Türkiyəyə aparan marşrut. Bərələr vaqonların digər qlobal təyinat məntəqələrinə göndərildiyi və qəbul edildiyi Türkmənistan və Aktauya və əks istiqamətdə üzür. Bu dəmir yolu sizin yükləri uzun məsafələrə sürətlə daşımaq baxımından idealdır və böyük həcmləri sürətlə və səmərəli daşımaq üçün lazımi həllər təklif edir.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz