Port of Baku

Yol nəqliyyatı (Yük avtomobilləri)

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizi ilə strateji kəsişmədə yerləşən Bakı Limanı ölkənin nəzərdə tutulan nəqliyyat yollarına girişi təmin edir. Başqa sözlə, əgər siz Bakıya Avropa / Türkiyədən istər dəmiryolu, istərsə də avtomobil yolu ilə Gürcüstan vasitəsilə (Qərbdən) gəlirsinizsə, siz ilk öncə Ələtə çatacaq, daha sonra isə Şimal istiqamətinə dönərək Bakıya daxil olacaqsınız. Azərbaycanın bütün əsas dəmiryolu və avtomobil yolu qovşaqları Ələtdə birləşir. Ona görə də, xüsusilə Şərq və ya qərbdən daxil olan TIR və dəmiryol yükləri üçün Ələt vasitəsilə şəhərə daxil olmaq rahatdır və bununla eyni zamanda 70-80 km qənaət etmiş olursunuz.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz