Port of Baku

Tullantılar və Çirkab su

Öz çirkab su emalı qurğuları olmayan gəmiləri öz saxlama çənlərində toplanmış bütün çirkab suları limana çatan kimi oradakı çirkab su emalı qurğularına köçürməlidir. Çirkab su ya yeni liman ətrafında əkilmiş ağacların sulanması üçün istifadə edilə və ya nasosla dənizə vurula bilər. Çirkab su emalı zamanı əmələ gələn yan məhsullar (şlam) təhlükəli tullantıların atılma ərazilərinə atılacaq və ya neftli çirkab su emalı qurğularına nəql ediləcək.Mühərrik və hidravlik yağlar və digər neft məhsulları timsalında təhlükəli maye tullantıları xüsusi konteynerlərə yığılaraq təkrar emal şirkətlərinə göndəriləcək. Çirkab suyun idarə edilməsi ekologiyaya təsir etməyəcək.  

Xüsusi tullantı konteynerləri (zibil qutuları) ilə təchiz edilmiş tullantı ayırma ərazisi Yeni Limanda tullantıların toplanması və çeşidlənməsi üçün nəzərdə tutulub. Əgər gəmi hər hansı limana yaxın olarsa, tullantıların dəniz mühitinə atılması qadağandır. Gəmilər MARPOL tələblərinə də əməl etməli və plastik tullantıları yandırmamalıdırlar. Liman sahələrində tullantıların çeşidlənməsi və yandırılmasına üstünlük verilir. Burada plastik, şüşə və metal tullantılar çeşidlənir, bir-birilərindən ayrılır və təkrar emal məntəqələrinə aparılır. Tullantıların yandırılması zamanı əmələ gələn atmosfer tullantıları Avropa Birliyi (AB) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarının tələblərinə cavab verməlidir.

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz