Port of Baku

Xəbərlər və Nəşrlər

ÇXR-in “COSCO SHIPPING” şirkətinin Avropa üzrə vitse-prezidentinin Bakı Limanına səfəri baş tutmuşdur

ÇXR-in “COSCO SHIPPING” şirkətinin Avropa üzrə vitse-prezidentinin Bakı Limanına səfəri baş tutmuşdur

Aug 31, 2018

ÇXR-in “COSCO SHIPPING” şirkətinin Avropa üzrə vitse-prezidenti xanım Vanq Sonqvenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanına səfəri baş tutmuşdur.

Vanq Sonqven (Wang Songwen) ilk dəfə Azərbaycana səfər etdiyini və burada gördüyü inkişaf, sosial rifah və iqtisadi sabitliyin onda və nümayəndə heyətində xoş bir təəssürat yaratdığını bildirərək, Azərbaycan bərpa olunmaqda olan qədim İpək Yolunda mühüm rol oynadığını və “COSCO SHIPPING” şirkəti Bakı Limanı ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir. Çinli qonaq təmsil etdiyi şirkətin əməliyyat imkanlarından məlumat verərək bildirib ki, şirkət gəmilərinin daşıdığı yükün həcmi, müştərilərə təqdim olunan xidmətlərin növü və sayı, əməliyyatların əhatə etdiyi coğrafi əraziyə görə dünya dəniz ticarətində öz liderliyini qoruyub saxlamaqdadır. Hal-hazırda şirkətin Avropada 18 istiqamət üzrə gəmilərinin yük daşımaları ilə məşğul olduğu xüsusilə vurğulanmışdır. Təkcə Avropa ölkələrində şirkətin 4700 işçisi və 55 törəmə şirkəti mövcuddur.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov qonaqları salamlayaraq qeyd etdi ki, Çin Xalq Respublikasının təşəbbüsü ilə reallaşan “Bir Kəmər, Bir Yol” layihəsi dünya ticarətinə öz ciddi töhfəsini verir. Ələt qəsəbəsində istifadəyə verilmiş yeni Bakı Limanı da Çinlə-Avropa arasında ticarət istiqamətində mühüm rol oynayır və onun əhəmiyyəti yaxın illərdə daha da artacaqdır. Bununla yanaşı Çinli qonaqların diqqətinə xüsusi olaraq çatdırılmışdır ki, limanda bütün növ yüklərin - quru, konteyner, vaqon və sair – aşırılmasını həyata keçirilə bilər. Ən son texnoloji avadanlıqlar, yeni və müasir texnika ilə təmin olunan Limanda bütün əməliyyatlar avtomatlaşdırılmış şəkildə aparılır. Məhz bu avtomatlaşdırmanın nəticəsi olaraq artıq həm liman işçiləri, həm də yük sahibləri onlayn rejimdə öz yükləri ilə bağlı məlumatları daha asan və tez bir yolla əldə edə bilirlər.

Baş direktor qonaqlara aprel ayında Çinin İqtisadi və Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzindən alınmış 34 ədəd liman yükqaldırıcı və yüknəqledici avadanlıqlar barədə də məlumat vermişdir. Bildirmişdir ki, qeyd olunan avadanlıqlar sahəsində liman əməliyyatları daha da sürətlənmişdir.

Daha sonra qonaqlar Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı ərazisində gəzərək onun imkanları ilə əyani olaraq tanış oldular.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz