Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanında yaradıcılıq müsabiqəsi!

Bakı Limanında yaradıcılıq müsabiqəsi!

Jan 10, 2016

Bakı Limanı Xəzər dənizinin ən böyük dəniz limanıdır. Yüz ildən artıq tarixi olan liman Azərbaycanın dəniz qapısı kimi böyük önəmə malikdir. Bakı Limanı Avropa və Asiya arasındakı ticarət üçün əvəzolunmaz məkan olub fasiləsiz fəaliyyət göstərir.

600-dən çox əməkdaşı ilə Bakı Limanı Avrasiyanın nəqliyyat, yük daşınması və logistika mərkəzlərindən biridir.

 

Müsabiqədə bütün gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər.

 

Müsabiqənin izahı: Bakı Limanı üç müxtəlif kateqoriya üzrə yaradıcılıq müsabiqəsi elan edir:

 

  1. Fotoqrafiya
  2. Yazı müsabiqəsi ( şeir, hekayə, məqalə, inşa və s.)
  3. İncəsənət müsabiqəsi ( rəssamlıq, toxuculuq, skeçinq və s.)

 

Tələblər:Bütün kateqoriyalarda təqdim olunan yaradıcılıq nümunələrinin mövzuları Bakı Limanı, onun tarixi,inkişafı, infrastrukturu, fəaliyyəti və s. ilə əlaqəli olmalıdır.

 

Seçim prosesi:Qalib gələn nümunələr keyfiyyətinə, məzmununa və müsabiqə şərtlərinə uyğunluğuna görə müəyyən ediləcək.

 

Seçim müvafiq kateqoriyalarda peşəkar münsiflər heyəti tərəfindən aparılacaq.

 

Mükafatlar: Hər kateqoriyada üç qalib müəyyən olunacaq və qaliblər aşağıdakı şəkildə mükafatlandırılacaqlar:

 

1-ci yer : 500 AZN

2-ci yer:  400 AZN

3-cü yer: 300 AZN

 

Əlavə olaraq, digər ən yaxşı 10 yaradıcılıq nümunəsi də həvəsləndirici mükafatlarla təmin olunacaqlar.

 

İştirak etmək üçün uyğunluq:Müsabiqədə bütün gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər.

İştirakçılar  16-35 yaş arasında olmalıdırlar.

Müsabiqədə həm Azərbaycan  həm də xarici vətəndaşlar iştirak edə bilərlər. Müsabiqədə rəssamlar, yazıçılar, fotoqraflar, toxucular, uyğun ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri iştirak edə bilərlər.

Materiallar individual və ya qrup şəklində təqdim oluna bilər.

Müsabiqədə iştirak pulsuzdur.

 

Son tarixlər:

1-ci kateqoriya: 25fevral , 2016-cı il

2-ci kateqoriya: 10 mart, 2016-cı il

3-cü kateqoriya: 30 aprel,2016-cı il

 

Necəiştiraketməli:

 

ÜçüncükateqoriyadaiştirakedəniştirakçılaryaradıcılıqnümunələriniBakıLimanınaaşağıdakıünvandatəqdimedəbilərlər:

 

ÜzeyirHacıbəyov küç.72

Bakı, Azərbaycan

 

Digəriştirakçılaryaradıcılıqməhsullarınıelektronpoçtvasitəsiləaşağıdakıünvanagöndərməlidirlər:

 

office@portofbaku.com

 

Qeyd :Bütüntəqdimolunmuşmateriallarınorijinallığıyoxlanılacaq. Plagiatolanmateriallarvəiştirakçılarmüsabiqədənuzaqlaşdırılacaqlar.

 

Əlavəməlumatüçün:

 

ÜzeyirHacıbəyov küç.72

Bakı, Azərbaycan

+994 12 480 40 06

office@portofbaku.com


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz