Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanı elan etdiyi açıq müsabiqənin vaxtını uzadıb

Bakı Limanı elan etdiyi açıq müsabiqənin vaxtını uzadıb

Sep 4, 2018

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də İSO 9001:2015 Beynəlxalq standartının Keyfiyyəti idarəetmə sistemi üzrə Sertifikatlaşdırma işlərinə dair xidmətlərin satınalınması ilə əlaqədar 03 sentyabr 2018-ci il tarxinə elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 07 sentyabr 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 10 sentyabr 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

 

Zərflərin açılışı 11 sentyabr 2018-ci il saat 15:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvanından ala bilərlər.

Əlaqə telefonları: (012) 498-91-84; (012) 599-00-03 (1401)


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz