Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Ələt" və "SilkWay" adlı iki yeni yedək gəmisini istifadəyə verib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Ələt" və "SilkWay" adlı iki yeni yedək gəmisini istifadəyə verib.

Sep 28, 2018

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Ələt" və "SilkWay" adlı iki yeni yedək gəmisini istifadəyə verib.

Buksirlər Türkiyənin "Loyd Shipyard" şirkəti tərəfindən hazırlanıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndəsi məsələ ilə əlaqədar bildirib:

"Gəmilər buksir kimi istifadə olunacaq, eləcə də xilasetmə işləri üçün nəzərdə tutulub. Gəmilər ən yeni radar qurğuları ilə təchiz edilib".

Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq sifariş olunan yedək gəmiləri Beynəlxalq Dəniz Təşkilatının standartları və Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının üzvü olan “Bureau Veritas” Təsnifat Cəmiyyətinin nəzarəti altında inşa edilib.

Xatırladaq ki, cari ilin 14 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının açılış mərasimi keçirilib. Ən son texnoloji imkanlara malik kranların, yükqaldırıcı və yüknəqledici avadanlıqların istismara verilməsi, müasir liman əməliyyat sisteminin qurulması və hazırda iki yedək gəmisinin əməliyyatlara cəlb olunması ilə yeni Bakı Limanı dünya standartlara cavab vermiş olur. Bütün bunlar, Prezident İlham Əliyevin yeni Bakı Limanına göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub.

Bu gün istismara verilən yeni yedək gəmiləri, müasir radionaviqasiya, xilasedici və yanğınsöndürmə avadanlıqları və sistemləri ilə təmin olunub, gücü 1220 kilovat (KVt) olan iki baş mühərriklə təchiz edilib.

Onların texniki göstəriciləri sərt hava şəraitində limanadaxil olan gəmilərin yanalma əməliyyatlarında yardımetməyə imkan verir. Bu gəmilərin yanacaq, içməli suilə təchizatı və digər texniki xüsusiyyətləri onlarınlimanda fasiləsiz istismarına şərait yaradır. Eyni zamanda, gəmilərdə quraşdırılan müasiryanğınsöndürmə avadanlığı liman akvatoriyasında başverən yanğın hadisəsinə ilkin müdaxilə etməyə imkan verir.

“Alat” gəmisinin uzunluğu 14.90 metr, eni 5.90 metr, ümumi tutumu 56 ton, gəminin sürəti isə 10 uzel (18.5 kilometr saatda) təşkil edir. “Silk Way” gəmisinin uzunluğu 17 metr, eni 6.80 metr, ümumi tutumu 82 ton, sürəti isə “Alat” gəmisi ilə eynidir.

Türkiyədə istehsal olunan gəmilərin istifadəyə verilməsi mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə yeni yedək gəmilərin istismara verilməsi münasibəti ilə liman əməkdaşlarını təbrik etmiş və Azərbaycanın beynəlxalq logistika mərkəzinə çevirilməsi ilə bağlı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin reallaşmasında Limanın artan rolunu qeyd edib.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edərək yeni Bakı Limanında 2 yeni yedək gəmisinin istismara verilməsi ilə limanda dünya standartlarına cavab verən xidmətlərin göstərilməsi istiqamətində daha bir vacib addım olduğunu vurğulayıb.

Mərasimin sonunda hər iki gəminin heyəti liman buxtasında gəmilərin texniki göstəricilərini, yanğınsöndürmə kimi əlavə imkanlarını və gəmi heyəti üçün komfortlu xidmət imkanlarını qonaqlara nümayiş etdiriblər. Qonaqlar liman ətrafında yeni gəmilərlə səfərə çıxaraq onun əməliyyat imkanları ilə əyani tanış olublar.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz