Port of Baku

Xəbərlər və Nəşrlər

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi yeni Bakı Limanına səfər edib

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi yeni Bakı Limanına səfər edib

Oct 26, 2018

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Mirceo Ciopraga Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksinə səfər edib. Səfər zamanı Bakı Limanının İstismar xidmətinin rəisi Yucin Seah qonağa yeni Bakı Limanının əməliyyat imkanları barədə, o cümlədən, tətbiq etdiyi ən son texnoloji həllər haqqında məlumat verib. Cənab Seah vurğulayıb ki, Bakı Limanının tam avtomatlaşdırılmış idarəetmə sisteminin son sınaq testləri həyata keçirilir. Qeyd olunan proqram istifadəyə veriləndən sonra, hər bir yükün liman ərazisində yeri və statusu onlayn rejimdə yük sahibi və liman müdiriyyətinə bəlli olacaqdır.

Baş katib Mirceo Ciopraga qlobal nəqliyyat dəhlizlərinin rəqəmsal formata keçirilməsini vacib amil kimi qeyd edərək, bu məsələnin Avropa və Çinin böyük yük sahibləri üçün ən vacib məqamlardan olduğunu qeyd edib. Cənab Ciopraga 2018-ci ildə 25 illiyini qeyd edən TRACECA proqramında Azərbaycanın ilk günlərdə aktiv iştirak etdiyini və bu gün Bakı Limanının Asiya-Avropa qlobal ticarətində mühüm yer tutduğunu bildirib.

Görüşün sonunda Mirceo Ciopraga liman ərazisi ilə tanış olub və onu maraqlandıran suallara cavab verilib.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz