Port of Baku

Xəbərlər və Nəşrlər

 Taleh Ziyadov Çində keçirilən İpək Yolu Biznes Sammitində iştirak edib

Taleh Ziyadov Çində keçirilən İpək Yolu Biznes Sammitində iştirak edib

Oct 17, 2018

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov 17 oktyabr 2018-ci il tarixində Çində keçirilən İpək Yolu Biznes Sammitində iştirak edib. İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkil etdiyi sammitdə Taleh Ziyadov “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində ticarətin təşviq edilməsi məqsədilə beynəlxalq nəqliyyat dəhlizinin birgə qurulması mövzusunda paneldə çıxış edib. Baş direktor Avrasiya məkanında mühüm geostrateji mövqedə yerləşən, zəngin iqtisadi və ticari əlaqələri olan Azərbaycanın və Bakı Limanının “Bir Kəmər, Bir Yol” meqalayihəsi çərçivəsində rolu, Limanda gedən müasirləşdirmə işləri haqqında sammit iştirakçılarını məlumatlandırıb.

 

Bildirilib ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə regional əhəmiyyətli nəqliyyat layihələri reallaşdırılmaqdadır. Ölkədə çoxlu sayda yeni hava və dəniz limanları, magistral yollar və region üçün mühüm əhəmiyyət kəsb edən dəmir yolu dəhlizləri inşa olunub. Bütün bunlar ölkənin qlobal miqyasda tanınan qovşağa çevirilməsi üçün ciddi zənim yaradıbdır.

 

Qeyd olunub ki, cari ilin may ayında Ələt qəsəbəsində açılışı həyata keçirilən liman ən son texnoloji avadanlıqlarla təmin olunub, müasir tələblərə cavab verən əməliyyat sistemləri ilə işləyir. Bu proqramlar yük sahiblərinə imkan verir ki, onlayn rejimdə yükün yerini və statusunu izləyə bilsin.

 

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin vacib qonsaqÜmumiyyətlə isə xüsusi olaraq vurğulandı ki, “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində bütün marşrutların tam digital formata keçirilməsi ticarət dövriyyəsinə müsbət təsir göstərəcəkdir.


Qeyd edək ki, sammitdə 400-ə qədər müxtəlif ölkələrin hökumət nümayəndələri, səfirlər, BMT və digər beynəlxalq təşkilatların deleqasiyası, o cümlədən beyəlxalq şirkət nümayəndələri və mütəxəssislər iştirak edib.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz