Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanı ATƏT-lə birlikdə yeni layihənin icrasına başlayıb

Bakı Limanı ATƏT-lə birlikdə yeni layihənin icrasına başlayıb

Jun 14, 2019

Bakı Limanı ATƏT-lə birlikdə yeni layihənin icrasına başlayıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə birlikdə “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsinin icrasına başlayıb.

Tədbirdə çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın baş direktoru Taleh Ziyadov həm layihə, həm də Bakı Limanı haqqında məlumat verib. 

Onun sözlərinə görə, limanda tətbiq olunan əməliyyat sistemi, sərnişinlər üçün hazırlanmış onlayn bilet sistemi, əldə olunan ISO 9001:2015 keyfiyyət, ISO 14001:2015 ətraf mühiti idarə etmə və bu il üçün nəzərdə tutulmuş “EcoPorts PERS” ekoloji sertifikatı rəhbərlik etdiyi qurumun zamanın tələbinə uyğun fəaliyyət göstərdiyinə sübutdur: “ATƏT-lə birlikdə bu gün təməli qoyulan, Bakı, Aktau və Türkmənbaşı limanlarını birləşdirəcək layihəmiz Xəzər regionunda ətraf mühitin qorunması və liman əməliyyatlarını sürətləndirilməsi baxımından növbəti mühüm addım olacaq. Layihə çərçivəsində 3 limanın avtomatlaşma və rəqəmsallaşma proseslərinin yol xəritəsinin hazırlanması, bərpa olunan enerjidən istifadəsi imkanlarının araşdırılması üçün müvafiq texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulub".

ATƏT-in iqtisadi və ətraf mühit əlaqələndiricisi səfir Vuk Zugic bildirib ki, enerji təhlükəsizliyi, rəqəmsallaşdırma və bağlılıq təmsil etdiyi qurumun müfəssəl təhlükəsizlik konsepsiyasının mühüm bir hissəsidir: “Çox şadam ki, bu gün ATƏT-in Bakı Limanı ilə başladığı layihə Azərbaycan, Qazaxıstan və Türkmənistanın yaşıl liman və bağlılıq mövzularında Xəzər dənizində mövqelərini gücləndirəcək”. 


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz