Port of Baku

Xəbərlər və Nəşrlər

Prezident Donald Tusk yeni Bakı Limanının fəaliyyəti ilə tanış olub

Prezident Donald Tusk yeni Bakı Limanının fəaliyyəti ilə tanış olub

Jul 9, 2019

İyulun 9-da Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti ilə tanış olub.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov qonağa məlumat verib ki, limanda tətbiq olunmağa başlanan IT sistemi bütün əməliyyatları avtomatlaşdırıb yük sahibinə onlayn rejimdə yükə nəzarət etmək, ərazidəki yerini təyin etmək və sair üstünlüklər verir. Yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. İnternet vasitəsilə işləyən bu əməliyyat sistemi yük sahibinə yükün Bakı Limanına daxil olması və limandan çıxması barədə dərhal məlumat verir. Tətbiq edilən ən son müasir texnoloji və mühəndis həlləri kompleksi regionda beynəlxalq tələblərə cavab verən ən müasir və rahat yükaşırma mərkəzinə çevirir, mühüm nəqliyyat qovşağı kimi onun tranzit və daşıma imkanlarını artırır.

Sonra qonaq limanda yaradılan infrastrukturla tanış olub. Məlumat verilib ki, liman 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni vaxtda 11 gəmi yan ala bilər. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Ümumiyyətlə isə bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yük aşıra biləcək.

Beləki, baş direktor Taleh Ziyadov 2016-cı ildən günümüzədək Bakı Limanı və Avropa İttifaqının birlikdə həyata keçirdiyi layihələrlə bağlı qonağı məlumatlandırıb. Hal-hazırda davam edən layihələr arasında operativ imkanların artırılması, liman ətraf mühitinin qorunması, Yaşıl Liman layihəsi, tullantıların idarə edilməsi, aparıcı Avropa limanları ilə təcrübə mübadiləsi və yeni Bakı Limanının işinə beynəlxalq standartların tətbiq olunması daxildir.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz