Port of Baku

Xəbərlər və Nəşrlər

Çin Kommunist Partiyası nümayəndə heyəti Bakı Limanında olub.

Çin Kommunist Partiyası nümayəndə heyəti Bakı Limanında olub.

Jul 24, 2019

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun rəhbərlik etdiyi nümayəndə heyəti yeni Bakı Limanına səfər edibdir.

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao qeyd etdi ki, Azərbaycan qlobal nəqliyyat zəncirində mühüm geosiyasi mövqeyə malikdir. Bu baxımdan onların Bakı Limanına səfər etmələri təsadufi deyil. Qonaq bildirdi ki, Çin hökumətinin reallaşdırdığı “Bir Kəmər, Bir Yol” layihəsi üçün Bakı Limanı mühüm əhəmiyyət kəsb edir və nəqliyyat daşımacılığında, eyni zamanda Çin mallarının regiona çıxışı üçün liman qovşaq (hub) rolunu oynaya bilər.

İqtisadiyyat naziri Şahin Müstafayev bildirdi ki,Çin Xalq Respublikası ilə ölkəmizin ticarət dövriyyəsi yüksək templə artmaqdadır. Belə ki, son altı ayda ticarət dövriyyəmiz 2.5 dəfə artaraq 1.3 milyard dollara yaxınlaşıb.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov qeyd etdi ki, Ələt qəsəbəsində Çin şirkətlərinin fəaliyyətinin qurulması və məhz buradan regional ticarətlə məşqul olmaları daha məntiqlidir. Qonağın diqqətinə çatdırıldı ki, iyul ayının 6-da Çinin Sian şəhərindən Azərbaycana gələn blok qatarın ilk dayanacağı da yeni Bakı Limanı olmuşdur. Regionun qlobal nəqliyyat layihəsi sayılan Bakı-Tbilisi-Qars dəmir yolu da Bakı Limanından başlayır.

Taleh Ziyadov bildirdi ki, Liman Çin hökuməti ilə yaxından əməkdaşlıq edir və keçən il 34 ədəd yükqaldırıcı və yüknəqledici avadanlıqlar (avtoyukləyicilər, teleskopik konteyner yükləyicisi, çətin relyefli kran və sair) quruma hədiyyə olunmuşdur. Bundan başqa, son iki il ərzində 30-a yaxın liman əmakdaşı Çində qısa və uzun müddətli təlimlərdə iştirak edibdir və hal-hazırda iki əməkdaş magistratura təhsili almaqdadır.

Görüşün sonunda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao yeni Bakı Limanında yaradılmış infrastrukturla tanış olmuşdur.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz