Port of Baku

Xəbərlər və Nəşrlər

Son 9 ayda Bakı Limanında iri nəqliyyat vasitələrinin aşırılması 64% artıb

Son 9 ayda Bakı Limanında iri nəqliyyat vasitələrinin aşırılması 64% artıb

Nov 1, 2019

 2019-cu ilin yanvar-sentyabr aylarında Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yükaşırmanın həcmi 2018-ci ilin müvafiq dövrünə nisbətdə 7,1% artaraq  3,002.5 min ton olub və göstərilən bütün xidmətlər üzrə  nəzərə çarpacaq artım qeydə alınıb. Ümumi yükaşırmanın 85,3%-i (2,560.3 min ton) tranzit yükaşırmanın payına düşüb.

Keçən ilin müvafiq dövrünə nisbətən iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 64% artaraq 24,790 ədəd olub. Belə ki, bunlardan 18,642 ədədi (75,2%) Bakı-Türkmənbaşı-Bakı, 6,148 ədədi isə (24,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edibdir.

Konteynerlərin aşırılmasında 43,5% artım müşahidə olunub. Belə ki, 2019-cu ilin 9 ayı ərzində 24,305 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb (2018-ci ildə 16,940 TEU olub). Çin Xalq Respublikasından gələn konteynerlərin sayı isə 90% artaraq 2,610 ədəd təşkil edib.

Bərə terminalında vaqon aşırılması 12% artaraq 35,510 ədədə çatmış və keçən ilin müvafiq dövründə isə say 31,688 ədəd vaqon olub. Bunlardan 16,039 vaqon (45,2%) Bakı-Kurık-Bakı istiqamətində, 19,429 (54,7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

9 ay ərzində 34,425 sərnişin yeni Bakı Limanının xidmətlərindən istifadə edib.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz