Port of Baku

Xəbərlər və Nəşrlər

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq müsabiqə elan edir

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC açıq müsabiqə elan edir

Mar 3, 2020

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti katric dolumu xidmətinin satınalması üzrə açıq müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər – vergi şəhadətnaməsinin,reyestr çıxarışı və nizamnamənin notarial təsdiq olunmuş forması (qiymət təklifi istisna olmaqla) 12 mart 2020-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 13 mart 2020-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 140) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 16 mart 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Əlaqə telefonları: 599-00-03 (1402).

Satınalma Komissiyası


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz