Port of Baku

Xəbərlər və Nəşrlər

Koronavirus epidemiyası ilə bağlı Çinə dəstək videosu

Koronavirus epidemiyası ilə bağlı Çinə dəstək videosu

Mar 5, 2020

Ötən ilin sonunda Çində aşkar edilmiş koronavirus (2019-nCoV) epidemiyası ilə bağlı olaraq bir çox ölkələr Çin Xalq Respublikasına dəstək məqsədi ilə video çarxlar göndəriblər.

Yüz milyondan artıq izləyicisi olan “Qüdrətli Çini araşdır” xəbər portalında nümayiş olunan qlobal dəstək kampaniyasına Bakı Limanı da qoşulub. Bakı Limanının Baş direktorunun Baş müşaviri Rəşad Kərimov “Virus müvəqqətidir, dostluq isə əbədidir. Biz hər zaman sizinlə birlikdəyik” sözləri ilə öz dəstəyini bildirib.

Dəstək kampaniyasında eyni zamanda İndoneziya Liman Korporasiyasının icraçı direktoru Elvyn Masassya, Fici və Qdansk limanlarının rəhbərinin mesajları, həmçinin Beynəlxalq Limanlar Assosiasiyası (International Association of Port and Harbors - IAPH) tərəfindən göndərilən məktub da yer alıb.

 


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz