Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanı açıq müsabiqə elan edir

Bakı Limanı açıq müsabiqə elan edir

Mar 10, 2020

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti exolot cihazı üçün avadanlığın (səs sürəti ölçən cihaz-SVP) satınalması üzrə açıq müsabiqə elan edir:

Səsin yayılma sürəti - ən azı 1375 – 1900 m/s aralığında (İcazə verilən xəta aralığı:  ±0.02 m/s)

Təzyiq - ən azı 10-20 Bar aralığında (İcazə  verilən xəta aralığı:  ±0.05%)

Temperatur   - 5°C – dən     +35°C – dək (İcazə  verilən xəta aralığı:  ±0.01 °C)

Dəqiqliyin hesablanması (Keçiricilik:  ±0.05 mS/sm;  Duzluluq:  ±0.05 PSU;  Sıxlıq:  ±0.05 kq/m3)

Fiziki xüsusiyyətləri (material:  paslanmayan polad;  dərinlik fəaliyyəti:  ən azı 200 m)

Kommunikasiya imkanları (USB Serial; Bluetooth v4: kiçik enerji sərfiyyatı)

Yaddaşı (daxili yaddaşı: ən azı 2 GB)


Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər – vergi şəhadətnaməsinin,reyestr çıxarışı və nizamnamənin notarial təsdiq olunmuş forması (qiymət təklifi istisna olmaqla) 31 mart 2020-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 02 aprel 2020-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 03 aprel 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Əlaqə telefonları: 599-00-03 (1402); 599-00-07 (3702)

Satınalma Komissiyası


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz