Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanı açıq müsabiqə elan edir

Bakı Limanı açıq müsabiqə elan edir

Mar 13, 2020

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Gömrük Anbarının Elektron İdarə Olunması Proqram Təminatın satınalması üzrə açıq müsabiqə elan edir:

 

Ümumi məlumat

Gömrük Anbarının Elektron İdarə Olunması Proqram Təminatı – anbara aid olan məlumatlara giriş icazəsini təmin edən, müvafiq icazələrə uyğun olaraq məlumatları, sənədləri və yükləri idarə etməyə yardımçı olan və gömrük proqram təminatı ilə inteqrasiya olunmuş vahid sistemdir. 

 

“Gömrük Anbarının Elektron İdarə Olunması” üzrə müstəqil platforma və funksionallığa malik olmalı olan proqram təminatının funksional və texniki göstəricilərinə dair tələblər: 

 

Gömrük ilə inteqrasiya 

Yaradılan proqram təminatı Dövlət Gömrük Komitəsinin sistemi bir başa inteqrasiya olunmalıdır. İnteqrasiyanın məqsədi Gömrük Anbarına gələn malların adlarının, sayının, çəkisinin, mal sahibinin və digər məlumatların tam dəqiq olmasını yoxlamaq və gələcəkdə baş verən audit proseslərində işlərin asanlaşdırılmasıdır. 

 

Şirkətlərin Sistem üzərindən idarə olunması funksionallığı 

Gömrük anbarının xidmətlərindən istifadə etmək üçün şirkətlər qabaqcadan sistem üzərindən qeydiyyatdan keçməlidir, yalnız bu haldan sonra digər əməlliyatları yerinə yetirmək olar.

 

Malların anbara girişi, çıxışı və nəzarəti funksionalığı 

Anbara daxil olan mal və malların giriş çıxışını və nəzarətini həyat keçirtmək üçün aşağıdakı funksionallıqlara ehtiyac vardır.

  • Gömrük bəyannaməsindən anbara daxil olan mallara aid məlumatların götürülməsi və PDF formatda sistemdə saxlanılması 
  • Hər bir malın sistem üzərindən anbar daxilində yer təyin olunması və ya malın gələcəkdə yerin dəyişdirmək funksionallığı 
  • Hər mala xidmət göstərmə funksionallığı (paketləşdirmə, qablaşdırma ve s.) 
  • Malla üzrə baş verən bütün əməliyyatların sistem üzərində saxlamaq 
  • Çıxış zamanı malların giriş bəyannaməsi ilə müqayisə olunması 

 

Hesab Faktura 

Anbar daxilində müştərilərə göstərilən bütün xidmətlərə sistem üzərindən hesab faktura kəsmək funksionallığı olmalıdır. 

 

İstifadəçi Dashboard-u

Sistem üzərində əsas dashboarda ümumi olaraq məlumatlar görməlidir.

 

Şirkətlər üçün dashboard

Şirkətlər üçün dashboard əsas məqsədi müştərilərin işlərin asanlaşdırmaq və daha sürətli etməkdir. 

 

Qeyri-funksional tələblər. 

Performans tələbləri 

Proqram təminatı ilkin versiyada 10 nəfər istifadəçi üçün nəzərdə tutulur. Amma proqram təminatında heç̧ bir halda istifadəçi sayının limitlənməsi olmalı deyil. Ehtiyac olduğu təqdirdə lazımi sayda istifadəçi yaradıla bilməlidir. 

Proqram təminatının bütün funksionallıqları sürətli şəkildə işləməli və qısa zaman ərzində (maksimum 3 saniyə ərzində) icra oluna bilməlidir. 

 

Texniki təminat tələbləri 

Layihənin icrasını həyata keçirmək üçün lazım olan server təminatı və onun lisenziyalaşdırılması Sifarişçi tərəfindən təmin olunacaqdır. 

 

Əməliyyat tələbləri 

İstifadəçilər tərəfindən sistemdə icra olunan əməliyyatlar (yeni məlumat yaratma, mövcud məlumata dəyişiklik etmə, mövcud məlumatı silmə, başqa istifadəçiyə müvafiq icazələr vermə və s.) haqqında məlumat verilənlər bazasında log şəklində (əməliyyatı icra edən istifadəçi və icra vaxtı da daxil olmaqla) saxlanılmalıdır. 

 

Təhlükəsizlik tələbləri 

Korporativ intranet portal sisteminin qurulması məqsədilə tətbiq olunan proqram təminatı müasir İT standartlarına uyğun olaraq bütün təhlükəsizlik tələblərinə cavab verməlidir. 

Sistemin istifadəçilərinin və sistemdəki məlumatların təhlükəsizliyinin təmin olunması məqsədilə SQL Injection, Cross-site scripting, Cross-site Request Forgery və s. digər kənar müdaxilə üsullarına qarşı müvafiq tədbirlər görülməlidir. 

Proqram təminatını istifadə edən istifadəçi ilə server arasındakı məlumat mübadiləsi https protokolu üzərindən təmin olunmalı və məlumatların şifrələnməsi məqsədilə SSL sertifikat istifadə olunmalıdır. 

 

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər – vergi şəhadətnaməsinin,reyestr çıxarışı və nizamnamənin notarial təsdiq olunmuş forması (qiymət təklifi istisna olmaqla) 30 mart 2020-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 02 aprel 2020-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 03 aprel 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Əlaqə telefonları: 599-00-03 (1402); 599-00-07 (3702)

Satınalma Komissiyası


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz