Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Bakı Limanı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Mar 24, 2020

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 
Cənab Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”-na ianə edib. 
 
Bakı Limanı qlobal pandemiyaya çevrilmiş koronavirusa (Covid-19) qarşı mübarizənin daha da gücləndirilməsi və vətəndaşların sağlam həyat tərzinin qorunması məqsədi ilə qeyd olunan fonda 100.000 AZN məbləğində vəsait ayırıb.
 
Bakı Limanı olaraq biz də hər kəsi #evdəqal aksiyasına qoşularaq özümüzün və ətrafımızdakı insanların sağlamlığı naminə məsuliyyətli olub evdə qalmağa çağırırıq.

Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz