Port of Baku

Xəbərlər və Nəşrlər

Limançı təmiri

Limançı təmiri

Mar 9, 2016

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC “Limançı” yedək gəmisi və “MNSM-73 Neft çirkab su yıgan gəmilərinin əsaslı təmirini, “N.Şirinov” yedəkçi gəmisinin tərsanə  təmiri  üçün

açıq tender elan edir:

 

İşlərin yerinə yetirilməsi müddəti 2 aydır.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar, kadr potensialı.

Tenderdə iştirak etmək istəyənlər 250 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:

Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72.

Əlaqələndirici şəxs: Əliyev Amid Şirxan oğlu, tel: (012) 498-91-84

 

Təşkilatın adı:   “Bakı Beynəlxalq Dəniz Dəniz Ticarət Limanı” QSC

                                                   

Bank rekvizitləri:  Kapital bank 1 saylı Səbail filialı

Kod: 200059

AZ37NABZ01350100000000001944

VÖEN: 9900003611

SWIFT: AIIBAZ2X

Beneficiary name: Bakı Dəniz Ticarət Limanı

Beneficiary account: AZ27AIIB33010019443500206105

VÖEN: 9900065281

 

 Ünvan:            AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72

                         Telefon: (012) 599-00-03         

İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə qalır);

- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə qalır);

- müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayış.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 20 aprel 2016-cı il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 27 aprel  2016-cı il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 28 aprel 2016-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz