Port of Baku

Xəbərlər və Nəşrlər

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ictimaiyyətə bir illik fəaliyyətinin hesabatını verdi

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ictimaiyyətə bir illik fəaliyyətinin hesabatını verdi

Mar 31, 2016

18 mart 2016-cı ildə Heydər Əliyev Mərkəzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasının  bir illiyinə həsr olunmuş “Bakı Limanının dünəni, bu günü  və sabahı: Hesabat” adlı tədbir keçirilib. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 18 mart tarixli 1121 saylı Sərəncamı ilə yaradılıb və həmin tarixdən yeni hüquqi statusda fəaliyyətə başlayıb. Bu münasibətlə təşkil olunmuş hesabat xarakterli tədbirdə Cəmiyyətin son bir il ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumatlar ictimaiyyətin diqqətinə  çatdırılıb. 

Tədbiri salamlama nitqi ilə açan Azərbaycan Respublikasının Nəqliyyat naziri cənab Ziya Məmmədov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin şəxsi diqqəti sayəsində bu gün iqtisadiyyatımızın bütün sahələri kimi nəqliyyat sektorunun da sürətlə inkişaf etdiyini vurğulayıb. “Bakı Limanının yenidən qurulması Azərbaycanın müasir tarixinin əlamətdar hadisələrindən biridir,” deyə cənab nazir bildirib.

Xarici İşlər Nazirinin müavini, “ADA” Universitetinin Rektoru, səfir Hafiz Paşayev vurğulayıb ki, dünya bazarlarına etibarlı nəqliyyat çıxışlarının mövcudluğu Azərbaycan da daxil olmaqla, bölgəmizdə yerləşən bütün ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq “ADA” Universiteti mövzu ilə bağlı geniş elmi tədqiqat aparıb nəticələrini, “Azərbaycan Mərkəzi Asiyanın regional mərkəzi kimi” kitabına nəşr edib. “Bu sahədə davamlı  elmi tədqiqat və kadr hazırlığına olan ehtiyacı nəzərə alaraq “ADA” Universitetin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə Logistika sahəsində magistr proqramına başlayır,” deyə səfir Paşayev bildirib.

Daha sonra Bakı Limanının Baş Direktoru Taleh Ziyadov Bakı Limanının fəaliyyətinin və uğurlarının əsasında ölkə başçısının siyasi iradəsi, eləcə də, cənab Prezidentin onların fəaliyyətlərinə göstərdiyi yüksək etimad durduğunu qeyd edib. “Limanın gələcək inkişafı “HUB” konsepsiyamızın dolğunluğunu, iqtisadi, siyasi, sosial və praktiki əhəmiyyətini, faydalılığını bir daha sübut edəcək,” deyə Baş Direktor qeyd edib.  

Tədbirdə o da vurğulanıb ki, görülən bütün bu işlərin nəticəsi olaraq 2015-ci ildə ümumi liman üzrə konteyner sayı TEU ekvivalentində 13307 ədəd olmuş, bu isə 2013-cü illə müqayisədə 118 faiz artım deməkdir. 2015-ci ildə Bakı limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayı ötən illərə nisbətən 10% artaraq 10707 nəfər təşkil edib; 2015-ci ildə Əsas Yük Terminalında tranzit yüklərin həcmi artaraq ümumi yük dövriyyəsinin 46 faizini təşkil edib. Müqayisə üçün bildirilib ki, 2014-cü ildə tranzit yükləri ümumi yük dövriyyəsinin cəmi 2 faizini təşkil etmişdi, hazırda Bakı Limanında aşırılan yüklərin 85 faizi tranzit yüklərdir; 2015-ci ildə ümumi liman üzrə 3 milyon tondan çox yük aşırılmışdısa, 2016-cı ildə bu rəqəmin 6 milyon tondan çox olacağı proqnozlaşdırılır. Görülən bu işlərin nəticəsi olaraq Bakı Limanı 2015-ci ildə Azərbaycan büdcəsinə 4, 146, 599 AZN vergi ödəyib ki, bu da Limanın Azərbaycanın qeyri-neft sektoruna verdiyi töhvənin ən bariz nümunələrindən biridir. 


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz