Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanı ağacəkmə aksiyası keçirib

Bakı Limanı ağacəkmə aksiyası keçirib

May 20, 2016

10 may 2016-cı il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Ümummilli lider Heydər Əliyevin 93 illik yubileyi münasibəti ilə Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirib.

Baş tutan ekoloji aksiyaya Limanın rəhbərliyi və iki yüzə yaxın əməkdaşı qatılıb. Aksiya nəticəsində Ələtdə tikilməkdə olan yeni Bakı Limanının ərazisində 600-ə qədər şam və zeytun ağacı əkilib.

Qeyd edək ki, bu aksiya həmçinin Bakı Limanının ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Limanı dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdirmək məqsədinin bir hissəsidir. Belə ki, Bakı Limanı bu məqsədə nail olmaq üçün enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət, eləcə də, dayanıqlı biznes təcrübələrini inkişaf etdirərək Liman ərazisində tətbiq etməyi planlaşdırır. Bundan başqa, Bakı Limanının şərq və qərb hissələrində sahil boyunca yaşıl zonalar yaradılması planlaşdırılır. Xatırladaq ki, Bakı Limanı hal-hazırda BMT-nin İnkişaf Proqramı ilə birgə bu istiqamətdə işlər görməkdədir və Yaşıl Liman statusu alındıqdan sonra Bakı Limanı MDB məkanında bu statusu alan yeganə liman olacaq.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz