Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanı Çində keçirilən beynəlxalq tədbirdə təmsil olundu.

Bakı Limanı Çində keçirilən beynəlxalq tədbirdə təmsil olundu.

Nov 7, 2015

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorunun logistika məsələləri üzrə müşaviri Tural Əliyev və Limanın İstismar Xidməti müdirinin icraçı assitenti Alvin Çen 7 noyabr 2015-ci il Çin Xalq Respublikasının Çonqçin vilayətində baş tutan beynəlxalq tədbirdə iştirak etmişlər. Adı çəkilən tədbir Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi məqsədi ilə KZT Express-in Ukraynanın Kiev, Türkiyənin İstanbul və Litvanın Klaypeda şəhərlərində 7-27 noyabr tarixlərində təşkil edəcəyi roudşounun başlanğıc nöqtəsidir. Tədbirdə Qazaxıstanın “Qazaxıstan Dəmir Yolları” SC, KZT Express və Aktau Limanı, Gürcüstanın TransQafqaz Terminalları və Batumi Limanı,  Çinin Lian Yun Limanı, Minşenq Logistika və Çonçinq Logistika Parkı da təmsil olunmuşdur.

 

Tədbir çərçivəsində Bakı Limanının nümayəndə heyəti həmçinin Çonqçin Logistika Parkına səfər etmiş, Parkın məsul komandası ilə görüşmüş, onlara Bakı Limanı haqqında təqdimat keçirmişlər. Görüş çərçivəsində Çonqçin Logistika Parkı və Bakı Limanı arasında gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılmışdır. Bundan başqa, nümayəndə heyəti Çinin böyük logistika mərkəzi olan Minşenqə səfər etmiş, mərkəzin iş prinsipləri ilə yaxından tanış olmuş və təcrübə mübadiləsi etmişlər.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılılmışdır. Hal-hazırda, Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istqamətində beynəlxalq standartlara əsaslanan işlər görülməkdədir. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur. 


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz