Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanı ilə Riqa Azad Limanı əməkdaşlıq edəcəklər.

Bakı Limanı ilə Riqa Azad Limanı əməkdaşlıq edəcəklər.

Nov 4, 2015

2-4 noyabr 2015-ci il tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC Riqanın Azad Limanı ilə təcrübə mübadiləsi həyata keçirmək məqsədilə Latviyanın vəkillər kollegiyasının üzvü və eyni adlı advokat bürosunun rəhbəri Modris Supenin Bakıya səfərini təşkil etmişdir. Səfər çərçivəsində cənab Supe Bakı Limanının rəhbərliyi və hüquqşünasları, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi ilə bir sıra görüşlər keçirmişdir.

 

Qeyd edək ki, görüş zamanı Riqa Azad Limanın da tətbiq edilən hüquqi rejim və idarə etmə modeli haqqında təqdimat keçirilmiş, bu rejimin xüsusiyyətləri araşdırılmış və təcrübə mübadilə üçün əsaslar qoyulmuşdur.

 

Rəsmi görüşlərdən əlavə, cənab Supehəm də Bakının görməli yerləri ilə tanış olmuş, Limanın tarixi haqqında məlumatlandırılmışdır.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılılmışdır. Hal-hazırda, Bakı Limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istqamətində beynəlxalq standartlara əsaslanan işlər görülməkdədir. Xəzər dənizində ən böyük liman olan Bakı Limanının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni kompleksinin hər üç tikinti fazası bitdikdən sonra yükaşırma qabiliyyətinin 25 milyon ton olması nəzərdə tutulur. 


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz