Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanının bayrağı qaldırıldı.

Bakı Limanının bayrağı qaldırıldı.

Nov 9, 2015

9 noyabr 2015-ci il Azərbaycan Respublikası Dövlət Bayrağı günü münasibətilə Dəniz Vağzalının qarşısında Azərbaycanın üç rəngli bayrağı, Bakı şəhərinin və Bakı Limanının bayraqları qaldırılmışdır. 

 

Mərasimi salamlama nitqi ilə açan “BakıBeynəlxalq DənizTicarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov iştirakçıları bayram münasibəti ilə təbrik etmiş və bayrağın əhəmiyyəti haqqında danışmışdır. “1918-ci ilin məhz bu günü ilk dəfə dalğalanan üç rəngli bayrağımız bu gün bizim milli kimliyimizin, milli dəyərlərimizin və suverernlyinimiz əsasını təşkil edir,” deyə Taleh Ziyadov bildirmişdir. Tarixən bayrağın qaldırılmasından daha önəmli və məsuliyyətli  öhdəliyin bu bayrağın daima qürurla dalğalanmasına nail olmaq olduğunu qeyd edən cənab Ziyadov bu işdə Azərbaycanın Ulu öndəri, Ümummilli liderimiz Heydər Əliyevin rolunun danılmaz olduğunu vurğulamışdır.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərancamından sonra bu gün ölkə səviyyəsində qeyd edilir.

 

Açılış nitqindən sonra Azərbaycan Respublikasının dövlət himninin ifasında Azərbaycanın üç rəngli bayrağı,  Bakı Limanının məhz tarixən paytaxt Bakıd ayerləşdiyini vurğulayan Bakı şəhərinin bayrağı və Bakı Limanın yeni dizayn olumuş bayrağının qaldırılması mərasimi baş tutdu.  Qeyd edək ki, Bakı Limanının yeni bayrağı Limanın Azərbaycanın iqtisayyadatında çox önəmli roloynaması və Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevriləcəyini özündə əks etdirir. Xatırladaq ki, bayraqlar Dəniz Xidməti, dokerlər və Dəniz Limanı administrasiyanı təmsil edən əməkdaşlar tərəfindən qaldırıldı. 

                                                                                                                                                      

Mərasim bayraqların qarşısında xatirə şəklinin çəkilməsi ilə başa çatdı. 


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz