Port of Baku

Xəbərlər və Nəşrlər

Bakı Limanı yeni kampaniyaya start verir.

Bakı Limanı yeni kampaniyaya start verir.

Nov 16, 2015

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC sosial media platformalarında əhali ilə daha sıx ünsiyyət qurmaq, Liman bərədə məlumatlılığı artırmaq məqsədilə yeni kampaniyaya start vermişdir. “Mən limanı sevirəm” sosial media kampaniyası çərçirvəsində insanlar #‎menlimanisevirem heşteqi ilə limana dair maraqlı məlumat, deyim, şəkil, mahnı, fakt yaxud hər-hansı digər ideyalarını bölüşərək Bakı Limanı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.  Bundan başqa, insanlar qeyd edilən heşteqlə limanın fəaliyyəti, tarixi, bu günü və gələcəyinə dair onları maraqlandıran sualları da verə biləcəklər. Kampaniyaya qoşulan hər bir kəs Bakı Limanının “Limansevərlər” klubuna üzv olur və Limana təşkil olunacaq turda iştirak haqqı qazanırlar.

Qeyd edək ki, kampaniyanın keçirilməsində məqsəd geniş ictimaiyyəti Limanda baş verən mühüm nailiyyətlər, həyata keçirilən işlər, baş tutan tədbirlər və gələcək planlar barəsində müfəssəl və düzgün informasiya ilə təmin etmək və beləliklə də Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı haqda məlumatlılığı artırmaqdır.


Back to all news

Yaşıl Liman

Biz ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq Bakı Limanını dünya səviyyəli Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf etdiririk. Bu inkişaf tədbirləri aşağıda sadalanan əsas sahələri əhatə edir: enerji, tullantıların idarə edilməsi, su və hava keyfiyyətinə nəzarət...

Ətraflı oxu

1564-cü ildən başlayaraq Bakı Limanının tarixi ilə tanış ola bilərsiniz