Port of Baku

News & Publications

Bakı Limanı 45,000-ci sərnişini qəbul edib

Bakı Limanı 45,000-ci sərnişini qəbul edib

Dec 14, 2018

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 2018-ci ildə liman xidmətlərindən istifadə edən 45,000-ci sərnişini qəbul edib. Bu münasibət ilə Bakı Limanında Türkmənistandan olan, şanslı sərnişin Bibipatma Yarjanovanın mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Bakı Limanının və Türkmənistan səfirliyinin nümayəndələri iştirak edibdir.

Bakı-Türkmənbaşı istiqamətində sərnişin daşınma xidmətindən istifadə edən Bibipatma xanım bildirib ki, “Bu xoş təsadüf məni çox sevindirdi. Artıq 3-cü dəfədir gəmi ilə Türkmənistandan gözəl paytaxtınız Bakıya səfər edirik. Bakı Limanında işin təşkili, bizə olan münasibət çox gözəldir. Göstərdiyiniz diqqət üçün Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Qeyd edək ki, son iyirmi ildə rekord sayda sərnişin daşınma məhz 2018-ci ildə qeydə alınıb. Ötən illə müqayisədə sərnişin daşınmada 50% artım qeydə alınıb və ilin sonuna sərnişin sayının 47,000 nəfəri keçəcəyi gözlənilir. Sərnişin sayının artması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında müasir sərnişin terminalının tikintisi nəzərdə tutulmuşdur. Sərnişin terminalı ildə 150,000 sərnişinə xidmət göstərəcəkdir.

Eyni zamanda, Bakı Limanında növbəti ildən elektron bilet satışı tətbiq olunacaqdır ki, sərnişinlər biletləri internet üzərindən və ya xüsusi proqram yükləməklə əldə edə biləcəklər.

Xatırladaq ki, 2018-ci ilin yanvar-noyabr ayları ərzində Bakı Limanında 3,9 milyon ton yük aşırılıb və ümumi yük dövriyyəsinin 52% Türkmənistanın payına düşüb. Bu ilin may ayında qonşu ölkədə yeni Türkmənbaşı Limanının istifadəyə verilməsi və “Lapis Lazuli” beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi ilə Türkmənistanla yük dövriyyəsinin artacağı gözlənilir.


Back to all news

Green port

Port of Baku is not only targeting economic interests. We believe that when the economy and ecology work hand-in-hand, much greater work efficiency can be achieved. Aiming to become the most environmentally friendly port in the region, the Port will operate in...

READ MORE

Here you will find the history of the port since 1564...