Port of Baku

News & Publications

Trieste şəhərində “Kəmər və Yol” beynəlxalq konfransı keçirilib

Trieste şəhərində “Kəmər və Yol” beynəlxalq konfransı keçirilib

Nov 21, 2019

21 noyabr tarixində İtaliyanın Trieste şəhərində “Kəmər və Yol” beynəlxalq konfransı keçirilib. Müxtəlif ölkələrdən bir çox rəsmi şəxslərin, ekspertlərin iştirak etdiyi konfransda Bakı Limanının Baş direktoru Taleh Ziyadov “Yeni İpək Yolları və onların Avrasiyadakı geo-iqtisadi mənzərənin dəyişməsindəki təsiri” adlı açılış panelində çıxış edib.

Baş direktor Taleh Ziyadov bildirib ki, Bakı Limanı qlobal nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və məqsədimiz yalnız Çindən Avropaya deyil, eyni zamanda Avropadan da Çinə gedən məhsulların Bakı Limandan keçməsini təmin etməkdir. “Məhz bu məqsədlə də, Niderlandın logistika mərkəzlərindən biri olan Venlo şəhərindən İstanbula və daha sonra Bakı Limanından keçərək Qazaxstandan Çinə gedəcək bir yolun uzadılması nəzərdə tutulub. Bu da, öz növbəsində Avropanın iri şirkətlərinin Bakı Limanına cəlb edilməsinə təkan verən amillərdən biri olacaq. Eyni zamanda vurğulamaq istərdim ki, Çin hökumətinin reallaşdırdığı “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində mühüm nəqliyyat qovşaqlarının tam mərkəzində yerləşən Bakı Limanı bu layihə üçün mühüm əhəmiyyət kəsb edir və Çindən gələn məhsulların regiona çıxışı üçün liman qovşaq rolunu oynaya bilər” deyə Baş direktor qeyd edib. Əlavə olaraq bildirilib ki, son 9 ayda Çindən Bakı Limanına gələn konteynerlərin sayı 90 faiz artıb.

Tədbirin açılış panelində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Baş katibi Enzo Quattrociocche, Özbəkistanın sabiq Xarici İşlər naziri və hal-hazırda Senatın birinci müavini Sodiq Safayev, Çinin Beynəlxalq Araşdırma Mərkəzinin Avropa araşdırmaları üzrə direktoru Cui Hongjian da çıxış ediblər.


Back to all news

Green port

Port of Baku is not only targeting economic interests. We believe that when the economy and ecology work hand-in-hand, much greater work efficiency can be achieved. Aiming to become the most environmentally friendly port in the region, the Port will operate in...

READ MORE

Here you will find the history of the port since 1564...