Port of Baku

Новости и статьи

Çinin Liaonin Əyalətinin nümayəndə heyəti yeni Bakı Limanına səfər edib

Çinin Liaonin Əyalətinin nümayəndə heyəti yeni Bakı Limanına səfər edib

Aug 30, 2018

30 avqust tarixində Çin Xalq Respublikasının Liaonin Əyalətinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədr müavini cənab Li Cencının başçılıq etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər.
Əsas məqsədi yeni limanla yaxından tanış olmaq və gələcəkdə baş tuta biləcək əməkdaşlıq sahələrini müzakirə etmək olan səfərdə qonaqları Bakı Limanı tərəfindən Baş direktorun baş müşaviri Rəşad Kərimov müşayiət edib. O, qonaqları Bakı Limanı və burada yaradılmış ən müasir qaydalara uyğun şəraitlə tanış edərək Çin hökumətinin həyata keçirdiyi “Bir Kəmər, Bir Yol” layihəsinin Bakı Limanının inkişafına verə biləcəyi dəyərdən və bu təşəbbüsün önəmindən danışıb. 
Qonaqlara məlumat verilib ki, yeni Bakı Limanının illik aşırma potensialı 15 milyon ton yük, həmçinin 100 000 TEU kontenyer təşkil edir. Ən yeni avadanlıqlarla təmin olunan limanda əməliyyatlar avtomatlaşdırılıb ki, bu da həm liman işçiləri, həm də yük sahiblərinin onlayn rejimdə yüklər ilə bağlı məlumat əldə etmələrini daha da rahatlaşdırır.


Back to all news

Зеленый порт

В своей деятельности Порт Баку руководствуется не только экономическими интересами. Принципы ответственности в отношении охраны окружающей среды являются обязательными для стабильного и эффективного развития бизнеса и являются важной частью деловой...

ПОДРОБНЕЕ

Здесь вы найдете историю порта начиная с 1564 года…