Port of Baku

Новости и статьи

İsveçrənin Azərbaycana təyin olunmuş yeni səfiri Bakı Limanında olub

İsveçrənin Azərbaycana təyin olunmuş yeni səfiri Bakı Limanında olub

Sep 4, 2019

İsveçrə Konfederasiyasının Azərbaycana və Türkmənistana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre yeni Bakı Limanına səfər edib.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov qonağa bildirib ki, bu gün limanda tam avtomatlaşdırılmış və müasir standartlara uyğun texnoloji həllər tətbiq olunur. Avtomatlaşdırmanın nəticəsi olaraq artıq həm limanda çalışan şəxslər, həm də yük sahibləri onlayn olaraq yüklərin statusu və harada olduğu ilə bağlı məlumatları daha asan və tez bir yolla əldə edə bilirlər. Eyni zamanda Baş direktor bildirib ki, ölkəmizin Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində yerləşməsi liman üçün çoxşaxəli tranzit potensialı yaradır və bu da öz növbəsində Xəzər dənizi vasitəsi ilə sürətli keçidini təmin etməyə imkan yaradır.

Yeni Bakı limanda yaradılan infrastrukturla tanış olan səfir Muriel Peneveyre də öz növbəsində bildirib ki, Azərbaycan daim inkişaf etməkdə olan nəqliyyat dəhlizində çox vacib geosiyasi mövqedədir. Ölkəniz Avropa və Asiyanı bir-biri ilə bağlayan mühüm nəqliyyat dəhlizi və gözəçarpan inkişaf strategiyası ilə həm nəqliyyat, həm də logistika qovşağı kimi çox mühüm rola malikdir.


Back to all news

Зеленый порт

В своей деятельности Порт Баку руководствуется не только экономическими интересами. Принципы ответственности в отношении охраны окружающей среды являются обязательными для стабильного и эффективного развития бизнеса и являются важной частью деловой...

ПОДРОБНЕЕ

Здесь вы найдете историю порта начиная с 1564 года…