Port of Baku

Новости и статьи

Bakı Limanının Baş direktoru Çinin logistika şirkətlərinə səfər edib

Bakı Limanının Baş direktoru Çinin logistika şirkətlərinə səfər edib

Dec 3, 2019

Çin Xalq Respublikasına səfəri çərçivəsində Bakı Limanının Baş direktoru Taleh Ziyadov paytaxt Pekində ölkənin aparıcı nəqliyyat və logistika şirkətləri sayılan “China Merchants Group”, “Sinotrans Overseas”, “MCC International Incorporation” və “SHANGHAI Ace Investment&Development” şirkətlərinin rəhbərliyi ilə görüşlər keçirib.

146 yaşlı “China Merchants Group” şirkəti “Fortune Global 500” siyahısındadır və liman idarəçiliyi üzrə də liderlik mövqelərini qoruyub saxlayır, 20 ölkədə 53 liman idarə edir. Adı çəkilən şirkət Çinin ilk kommersiya donanması, ilk bank və sığorta şirkətini qurub.

25,000-ə yaxın işçisi olan “Sinotrans Overseas” dünya üzrə müasir logistika xidmətləri üzrə ixtisaslaşır. “SHANGHAI Ace Investment&Development” şirkəti iri həcmli anbarların inşası və idarə edilməsi, “MCC International Incorporation” isə iri inşaat layihələri, ağır sənaye istehsalı və s. istiqamətlər üzrə fəaliyyət göstərir.


Back to all news

Зеленый порт

В своей деятельности Порт Баку руководствуется не только экономическими интересами. Принципы ответственности в отношении охраны окружающей среды являются обязательными для стабильного и эффективного развития бизнеса и являются важной частью деловой...

ПОДРОБНЕЕ

Здесь вы найдете историю порта начиная с 1564 года…