Procurement announcements
24 MAY / 2021 / 15:18
Bakı Limanında “Liman logistikası və dəniz nəqliyyatı” mövzusunda təlim keçiriləcək. “Liman logistikası və dəniz nəqliyyatı” təlimi
Təlimin qısa icmalı:
Bakı limanı və dünyanın mühüm dəniz limanları haqqında məlumatlar
Limanlarda yükaşırma prosesləri və bu proseslərdə istifadə olunan mexanizmlər
Limanın kəmiyyət və keyfiyyət iş göstəriciləri
Gəmilərin və konteynerlərin bölgüsü
Yüklərin markalanması, dəniz yolu ilə daşınması və bu daşımalarda istifadə olunan nəqliyyat sənədi
Dəniz daşımalarında istifadə olunan terminlər
İnkoterms 2020
Təhlükəli yüklər
Təlimdə keçiriləcək mövzular:
Dəniz yolu ilə dünyada və Azərbaycanda yükdaşımaların qısa tarixi;
Dünya Limanları və Bakı Limanı haqqında məlumatlar;
Gəmilərin bölgüsü;
Dəniz daşımalarını nizamlayan Konvensiya, Saziş və Qaydalar;
Dəniz yolu ilə yükdaşımalar zamanı istifadə olunan termin və qısaltmalar;
İncoterms 2020;
Yüklərin markalanması;
Təhlükəli yüklər;
Konosament (Bill of lading);
----------------------------------------------
Yüklərin bölgüsü, yerləşdirilməsi, idarə olunması və daşınmasının əsas prinsipləri;
Yükaşırmada istifadə olunan mexanizmlər;
Paletlər, paletli yüklərin aşırılması;
Ümumi yüklərin qəbulu üçün anbarların hazırlanması;
Konteynerlər,onların təhlükəsiz aparılması, idarə olunması, daşınması prinsipləri və onların aşırılması;
Səpkili yüklərin aşırılması və hopper vaqonlara yüklənməsi;
Yükləmə planı, yüklərin nəqliyyat xüsusiyyətləri;
Limanın kəmiyyət və keyfiyyət iş göstəriciləri;
Yükdaşıma və qovşaq müqavilələri
Yükaşırma işlərinin intensivliyinə gəmilərin konstruktiv xüsusiyyətlərinin təsiri
Dispetçer xidməti.
Təlim kimlər üçün nəzərdə tutulub:
Bu təlim nəqliyyat və ekspedisiya şirkətləri, dəniz yolu ilə idxal və ixrac əməliyyatları keçirən şirkətlər, limanlarda həyata keçirilən əməliyyatlarla maraqlananlar və həmçinin dəniz daşımaları ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Təlimin qiyməti: 250 azn (Online)
Təlimin müddəti: 9+1 gün. 9 gün 2 saat online təlim(hər gün), 1 gün Limana səfər.
Təlimçilər:
* Elimdar Kərimov — Yükaşırma və yükqaldırma sahəsində 39 il, Liman sahəsində 39 il və təlimçilik sahəsində 20 ildən yuxarı stajı var. 17 il Azərbaycan Dövlət Dəniz Akademiyasında baş müəllim işləyib.
* Elxan Babayev — Yükaşırma və yükqaldırma sahəsində 10 il, Liman sahəsində 5 il və təlimçilik sahəsində 2 illik təcrübəyə malikdir.
* Nicat Şabanlı — Yükdaşıma sahəsində 15 illik, Liman sahəsində 4 illk və təlimçilik sahəsində 3 illik təcrübəyə malikdir, «Nəqliyyat logistikası» kitabının müəllifidir.