Satınalma elanları

10 APREL / 2020 / 14:07
Gəmilərin yanalması və yedək əməliyyatları üçün avadanlıqların satınalması
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC gəmilərin yanalması və yedək əməliyyatları üçün avadanlıqların satınalması üzrə açıq müsabiqə elan edir.Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər – notarial təsdiq olunmuş formada vergi şəhadətnaməsi, reyestr çıxarışı və nizamnamə (qiymət təklifi istisna olmaqla) 22 aprel 2020-ci il saat 17.00-dək, qiymət təklifi isə qapalı və möhürlənmiş zərfdə 24 aprel 2020-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 8 may 2020-ci il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
Əlaqə telefonları: 599-00-03 (3702).
Satınalma Komissiyası
Digər elanlar

05 MAY / 2021 / 23:11
Müxtəlif təmir-tikinti, təsəsrrüfat malları (açıq tender) uzadılma
30 YANVAR / 2025 / 11:22
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyətinin) təcili və təxirəsalınmaz tibbi yardım məntəqəsində həftənin 7 günü 24 saat ərzində fasiləsiz və operativ ilkin tibbi yardım və ambulans xidmətlərinin göstərilməsinə və işçilərinin icbari tibbi müayinələrin keçirilməsinə dair xidmətlərinin satınalınması üçün açıq tender